Almaniyada İŞİD-çi saxlanılıb
Digər ölkələr
- 02 oktyabr, 2026
- 01:45
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Almaniyanın Ayzenax şəhərində İŞİD terror təşkilatında iştirakda şübhəli bilinən Küveyt əsilli şəxs saxlanılıb.
"Report" Almaniya Federal Baş Prokurorluğuna istinadən xəbər verir ki, Qərib S. Almaniya Federal Kriminal Polis İdarəsinin əməkdaşları tərəfindən sentyabrın 15-də Federal Ali Məhkəmənin istintaq hakiminin verdiyi order əsasında saxlanılıb.
İstintaqın məlumatına görə, şübhəli şəxs 2016-cı ilin avqustunda İraqda İŞİD-ə qoşulub. O, 2017-ci ilin əvvəlinədək təşkilatda hərbi polis əməkdaşı kimi silahlı şəkildə xidmət edib.
Qərib S. saxlanıldıqdan sonra Federal Ali Məhkəmənin istintaq hakiminin yanına aparılıb. Hakim onun həbsdə saxlanılmasına qərar verib.
Son xəbərlər
04:52
Madriddə 70 min insan mənzil böhranı əleyhinə aksiyada iştirak edib
Digər ölkələr04:22
NASA "Crew Dragon" kosmik gəmisinin BKS-dən ayrılmasını 7 oktyabra təxirə salıb
Digər ölkələr03:41
Braziliyada ümumi seçkilər keçiriləcək
Digər ölkələr03:12
Tramp: İran nüvə silahını yaratmaq planlarından imtina edib
Digər ölkələr02:37
Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb
Digər ölkələr02:09
Robert Fitso Serbiyada parlament seçkiləri öncəsi Vuçiçə dəstək verib
Digər ölkələr01:52
"Axios": ABŞ İranın iki diplomatını ölkədən çıxarıb
Digər ölkələr01:21
Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb
Region00:58