“İqla” daşınan zenit-raket kompleksinin qida blokunu satmaq istəyən erməni hərbçisi saxlanılıb

Qarabağ
  • 02 avqust, 2017
  • 14:02
“İqla” daşınan zenit-raket kompleksinin qida blokunu satmaq istəyən erməni hərbçisi saxlanılıb

Bakı. 2 avqust. REPORT.AZ/ Azərbaycanın erməni işğalı altında olan ərazilərində yerləşdirilən düşmən ordusunda özbaşınalıq halları artmaqda davam edir.

“Report”un xəbərinə görə, bugünlərdə Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birində daha bir insident baş verib. Belə ki, “İqla” daşınan zenit-raket kompleksinin qida blokunu oğurlayıb satmaq istəyən əslən yezidi kürdü olan Valodya Sloyan adlı hərbi qulluqçu saxlanılıb.

Ələ keçdiyini görən V.Sloyan kompleksin qida blokunu yararsız hala salmağa nail olub. İlkin araşdırma zamanı blokun xarab olduğunu və təmir etdirmək üçün götürdüyünü deyən V.Sloyan sonradan komandirin tapşırıqlarını yerinə yetirmək üçün pul lazım olduğundan qida blokunu satmaq məcburiyyətində qaldığını bildirib.

Faktla bağlı Xankəndidə yerləşən "hərbi istintaq baş idarəsi"ndə araşdırma aparılır.

44 filmi