Təşkilat: Azərbaycan və Ermənistandan olan jurnalistlərin qarşılıqlı səfərləri Qarabağla bağlı konstruktiv müzakirələri artıra bilər

Qarabağ
  • 13 may, 2019
  • 12:35
Təşkilat: Azərbaycan və Ermənistandan olan jurnalistlərin qarşılıqlı səfərləri Qarabağla bağlı konstruktiv müzakirələri artıra bilər

“Həm Azərbaycan, həm də Ermənistanda insanların sülhə hazırlanması Dağlıq Qarabağ münasiqşəsinin sülh yolu ilə həlli prosesində yenilikdir”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Tbilisidə keçirilən VI Cənubi Qafqaz Təhlükəsizlik Forumunda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sessiyada Böyük Britaniyanın “İnternational Alert” təşkilatının Qafqaz üzrə regional meneceri Sofia Puqsley bildirib.

Ekspertin sözlərinə görə, sülhün yaradılması prosesinə daha çox insanların cəlb olunması müsbət nəticələr verə bilər: “Azərbaycan və Ermənistandan olan jurnalistlər və digər insanların qarşılıqlı səfərləri həyata keçirilsə, bu, konstruktiv müzakirələri artıra bilər”.

S.Puqsley qeyd edib ki, münaqişənin hər iki tərəfində sülh və kompromis barədə çox danışılır: “Bu anlayışlara hər iki tərəfdə fərqli məna verilir. Hər iki tərəfin bir-birinin definisiyasını başa düşməsi üçün çoxlu iş aparılmalıdır”.