Hikmət Hacıyev: "Bərdədə yaralananlar arasında 9-15 yaşlarında 4 uşaq var"

Qarabağ
  • 27 oktyabr, 2020
  • 15:38
Hikmət Hacıyev: Bərdədə yaralananlar arasında 9-15 yaşlarında 4 uşaq var

“Bu gün saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə, Goranboy və Tərtər şəhərləri və onların ayrı-ayrı kəndləri “Smerç” raketlərindən istifadə olunaraq atəşə tutulub”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, 4 nəfər həyatını itirib, 14 nəfər ağır şəkildə yaralanıb:

“Həyatını itirənlərin sırasında 2 yaşlı qızcığaz da var. Həmçinin yaralananlar sırasında 9-15 yaşlarında 4 uşaq var”.

44 - Tezliklə