Gürcüstanın 20-dən çox aparıcı xəbər saytında Xocalıya ədalət tələb olunur

Qarabağ
  • 26 fevral, 2021
  • 08:47
Gürcüstanın 20-dən çox aparıcı xəbər saytında Xocalıya ədalət tələb olunur

Gürcüstanın aparıcı elektron KİV-ində Xocalı faciəsinin 29-cu ildönümü ilə bağlı banerlər yerləşdirilib.

"Report"un yerli bürosu xəbər verir ki, informasiya kampaniyası Azərbaycanın Gürcüstandakı səfirliyi və Heydər Əliyev Fondunun birgə təşəbbüsü ilə keçirilir.

Qonşu ölkənin 25 xəbər saytının əsas səhifələrində “Xocalıya Ədalət” kampaniyasının loqosu yerləşdirilib. Loqo üzərindən https://justiceforkhojaly.org/ saytına keçid təmin edilib.