Ermənistan vətəndaşı Sədərək rayonu istiqamətində ölkəsinə təhvil verildi
                            Qarabağ
                            
                        - 15 dekabr, 2020
- 16:09
 
                            
                            
                        Bu ilin iyul ayında Ermənistan vətəndaşı, 30 yaşlı Narek Sardaryan işğalçı ölkənin mövqelərində yaranmış nəzarətsizlikdən istifadə edərək Naxçıvan Muxtar Respublikasının ərazisinə keçib. Hərbiçilərimiz tərəfindən saxlanılan Narek Sardaryan Naxçıvanla sərhəddə heyvandarlıqla məşğul olduğunu, öz ölkəsində olan zorakılıq, məmur özbaşınalığı və ədalətsizliklərdən bezərək sərhədi keçmək üçün fürsət axtardığını və ölkəmizə sığındığını bildirib.
"Report" xəbər verir ki, dekabrın 15-də əsir və girovların dəyişdirilməsi ilə bağlı əldə olunmuş qarşılıqlı razılaşmaya uyğun olaraq Narek Sardaryan Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində hər iki tərəfdən olan heyətlərin iştirakı ilə Ermənistana təhvil verilib.
Son xəbərlər
10:20
                Azərbaycan Premyer Liqasında X turun təyinatları açıqlanıb
Futbol10:15
                Tulada baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb - YENİLƏNİB
Region10:10
                Jan-Mişel Brun: Konqonun dirçəlişi Afrikanın oyanışının simvolu olacaq
Digər10:06
                Braziliyalı tədqiqatçı: Belçika müstəmləkəçiliyinin Konqodakı zorakılığı gözlə görünəcək səviyyədədir
Digər10:04
                
                                    Foto                                
                                                    Dövlət Xidməti: "Moskva" univermağı öz autentik dəyərini itirmək təhlükəsi ilə üz-üzə qalıb
Mədəniyyət siyasəti10:00
                "Liverpul"un müdafiəçisi uzun müddət yaşıl meydanlardan uzaq qalacaq
Futbol09:46
                Respublika Klinik Uroloji Xəstəxanasının direktoru vəzifəsindən azad olunub
Daxili siyasət09:41
                Abbas Abbasov: Belçika müstəmləkəçiliyi ilə bağlı faktların tarixdən silinməsi mümkün deyil
Xarici siyasət09:38
                