Beynəlxalq səyyahların Şuşaya səfəri başa çatıb – YENİLƏNİB

Qarabağ
  • 08 oktyabr, 2026
  • 14:54
Beynəlxalq səyyahların Şuşaya səfəri başa çatıb – YENİLƏNİB

Dünyaşöhrətli beynəlxalq səyyahların Şuşa şəhərinə səfəri başa çatıb.

"Report"un Şuşaya ezam olunan əməkdaşı verir ki, səyyahlar Şuşaya səfərləri çərçivəsində İsa bulağından sonra şəhər mərkəzində gəzintiyə çıxıblar.

Gəzinti zamanı səyyahlara Şuşa şəhəri haqqında ətraflı məlumat verilib. Qonaqlar daha sonra Üzeyir Hacıbəyli, Bülbül və Xurşudbanu Natəvanın güllələnmiş büstlərini ziyarət ediblər.

Səyyahlar həmçinin Şuşada aparılan bərpa işləri ilə tanış olublar, Aşağı Gövhər Ağa məscidini ziyarət ediblər. Onlar Şuşanın işğal altında olduğu dövrdə məscidlərin dağıdılaraq yarasız hala salınması, işğaldan azad edildikdən sonra isə şəhərdəki dini məkanların əsaslı şəkildə bərpa olunması barədə məlumatlandırılıblar.

Səfər proqramına uyğun olaraq səyyahlar məşhur tarzən Sadıqcanın ev-muzeyinə də baş çəkiblər, onlara sənətkarın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib.

Daha sonra Qala divarlarını ziyarət edən qonaqlar oradan Cıdır Düzünə yollanaraq ərazidəki təbiət mənzərələrini seyr ediblər, xatirə fotoları çəkdiriblər.

Dünyaşöhrətli beynəlxalq səyyahlar Şuşa şəhərinə səfər ediblər.

"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, nüfuzlu MTP (Most Traveled People) klubunun təsisçisi Çarlz Vilinin başçılıq etdiyi beynəlxalq səyahətçilər heyətinə daxil olan 13 ölkəni təmsil edən səyyahların Şuşaya səfəri başlayıb.

Onlar Şuşaya səfərləri çərçivəsində ilk olaraq İsa bulağına baş çəkiblər. Səyyahlara İsa bulağının yerləşdiyi ərazi, Şuşanın tarixi və təbiəti barədə məlumat verilib.

Səfər çərçivəsində beynəlxalq səyyahlar Şuşanın digər tarixi və mədəni məkanlarını ziyarət edəcəklər.

44 - Tezliklə