Dağlıq Qarabağda döyülən Ermənistan əsgəri tibb məntəqəsinə yerləşdirilib

Qarabağ
  • 18 sentyabr, 2018
  • 12:52
Dağlıq Qarabağda döyülən Ermənistan əsgəri tibb məntəqəsinə yerləşdirilib

Bakı. 18 sentyabr. REPORT.AZ/ Azərbaycanın işğal olunmuş Ağdərə rayonunun ərazisində yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində nizamnamədən kənar münasibətlər zəminində daha bir insident baş verib.

"Report"un məlumatına görə, kiçik komandir 15-ci bölükdə xidmət edən Tigran Avetisyan adlı hərbi qulluqçuya qeyri-qanuni əmr verib.

Amma T.Avetisyan əmri icra etməkdən boyun qaçırıb. Nəticədə gecə saatlarında hərbçilər onu döyüb. T.Avetisyan ciddi xəsarət alıb və tibb məntəqəsinə yerləşdirilib.

Hadisə ilə bağlı hərbi polisdə cinayət işi başlanılıb.