Çelsi Devis: Qarabağa səfərin davamını səbirsizliklə gözləyirəm
- 08 oktyabr, 2026
- 17:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Kaliforniyadan olan amerikalı beynəlxalq səyyah Çelsi Devis Azərbaycanın Qarabağ bölgəsinə ilk səfərindən olan təəssüratları barədə danışıb.
"Report" xəbər verir ki, o, bu barədə beynəlxalq səyyahlar qrupunun tərkibində Qarabağ bölgəsinə səfərini şərh edərkən bildirib.
Səyyah qeyd edib ki, bu gün başlayan səfər zamanı Xocalıda olmağa, Azıx mağarasını, Şuşanı ziyarət etməyə imkan tapıb, hazırda isə Ağdamdadır: "Hələ ki səfər çox gözəl keçir. Biz bir neçə heyrətamiz yerə baş çəkdik və bundan sonra görəcəklərimizi səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, bu gün məşhur MTP (Most Traveled People) klubunun təsisçisi Çarlz Vilinin rəhbərliyi ilə beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura üçgünlük səfəri başlayıb.