Biləsuvarda şəhid hərbçi dəfn edilib
Qarabağ
- 17 dekabr, 2020
- 14:41
Biləsuvar rayonunda şəhid hərbçi Gündüz Çingiz oğlu Abdullayev dəfn edilib.
"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Zəhmətabad kəndində şəhid evində vida mərasimi keçirilib.
Daha sonra G.Abdullayev doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində rayon rəsmiləri, kənd sakinləri və şəhidin yaxınları iştirak ediblər. Şəhidin tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı mərhumun yaxınlarına təqdim edilib.
Qeyd edək ki, Gündüz Abdullayev 1999-cu ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. Mərhum müddətdən artıq xidmət edən hərbi qulluqçu olub.
Allah rəhmət eləsin!
Son xəbərlər
10:46
Azərbaycanda kirayə mənzil fonduna daha 208 mənzil əlavə olunub
İnfrastruktur10:44
Dövlət Məşğulluq Agentliyi auditor seçir
Maliyyə10:43
Rusiya Xerson və Zaporojyeyə zərbələr endirib: ölənlər və yaralananlar var
Digər ölkələr10:36
"Hall Siti" Nobel Mendi və Lukas Herrinqtonu heyətinə qatıb
Futbol10:31
Ötən ay Azərbaycanda qanunsuz yaşayan 132 əcnəbi ölkədən çıxarılıb
Daxili siyasət10:30
Foto
"Dərnəgül" elektrik deposunda II mərhələ üzrə işlər başa çatdırılıb
İnfrastruktur10:29
DSMF: 7 ayda əhaliyə sosial ödənişlər 6 milyard manatdan çox olub
Maliyyə10:26
Ukrayna Başqırdıstanda "Wildberries" logistika habına zərbə endirib
Digər ölkələr10:25
Foto