Bakıda minlərlə gənc "Əsgər irəli!" şüarı ilə yürüş keçirib - VİDEO

Qarabağ
  • 06 aprel, 2016
  • 10:51
Bakıda minlərlə gənc Əsgər irəli! şüarı ilə yürüş keçirib - VİDEO

Bakı. 6 aprel. REPORT.AZ/ Bakıda gənclər Şəhidlər xiyabanına anım yürüşü keçirir. "Report"un məlumatına görə, aksiyada minlərlə gənc iştirak edir.

Aksiya iştirakçıları Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində şəhid olan hərbi qulluqçuların xatirəsini yad ediblər.

Şəhidlər Xiyabanı ziyarət olunub.

Aksiyada "Qarabağ bizimdir!", "Əsgər irəli!", "Şəhidlər ölməz, vətən bölünməz!" şüarları səsləndirilib. 

Bakıda minlərlə gənc "Əsgər irəli!" şüarı ilə yürüş keçirib - VİDEO