Azərbaycanın işğal altındakı ərazilərində Ermənistan hərbçisi öz yoldaşı tərəfindən öldürülüb

Qarabağ
  • 23 yanvar, 2017
  • 13:51
Azərbaycanın işğal altındakı ərazilərində Ermənistan hərbçisi öz yoldaşı tərəfindən öldürülüb

Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan Silahlı Qüvvələrinin müddətdən artıq hərbi qulluqçusu Araik İqoreviç Sarkisyan öz əsgər yoldaşı tərəfindən öldürülüb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

İnformasiyaya əsasən, bu il yanvarın 16-da çavuş Araik Sarkisyan öz əsgər yoldaşının avtomat silahdan düzgün istifadə edə bilməməsi səbəbindən qarın boşluğundan ağır yaralanıb. O, aldığı yaradan ölüb.

Araik Sarkisyanı öldürən əsgər həbs edilib. 

44 filmi