Azərbaycan Ordusunun bu gün şəhid olan əsgəri Saatlı rayonunda dəfn ediləcək
Qarabağ
- 22 oktyabr, 2017
- 17:55
Saatlı. 22 oktyabr. REPORT.AZ/ Azərbaycan Ordusunun oktyabrın 22-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində şəhid olan hərbi qulluqçusu əsgər Zeynalov Cabbar Firuddin oğlu Saatlı rayonunda torpağa tapşırılacaq.
Saatlı Rayon İcra Hakimiyyətindən “Report”un Aran bürosuna verilən məlumaata görə, dəfn mərasimi oktyabrın 23-nə nəzərdə tutulub.
Qeyd olunur ki, şəhidin cənazəsi sabah Saatlı rayonuna gətiriləcək.
Cabbar Zeynalov 1999-cu ildə Saatlı rayonunun Heydərabad kəndində doğulub. 2017-ci il aprel ayında həqiqi hərbi xidmətə çağırılıb. Bu gün 18 yaşında şəhidlik zirvəsinə ucalıb.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!
Son xəbərlər
01:50
Makron Aİ-də 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrə girişinə qadağa təklif edib
Digər ölkələr01:26
Əraqçi ilə İƏT-in baş katibi son regional hadisələri müzakirə ediblər
Region01:05
Azərbaycan səfirliyi "The Guardian"da dərc edilmiş qərəzli məqaləyə cavab verib
Xarici siyasət00:36
Foto
Lənkəranda güclü külək bir sıra fəsadlar törədib
Hadisə00:13
Muxtar Babayev BCAW 2026 və CW4 ilə bağlı paylaşım edib
Xarici siyasət23:51
Tramp ABŞ-də Kanadanın "Bombardier" təyyarələrinin satışını dayandırmağa çağırıb
Digər ölkələr23:42
Yağışa görə Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
İnfrastruktur23:34
Foto
Tovuzda zəncirvari qəza zamanı bir nəfər ölüb
Hadisə23:24