Azərbaycan Ordusu Ermənistana məxsus taktiki PUA-nı məhv edib - FOTO
Qarabağ
- 21 fevral, 2019
- 11:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 21 fevral. REPORT.AZ/ ATƏT-in Minsk qrupu həmsədrinin Azərbaycana səfəri çərçivəsində fəaliyyətini həyata keçirdiyi bir vaxtda Ermənistan tərəfi növbəti təxribat törədib.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, fevralın 21-i günorta saatlarında cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan silahlı qüvvələri "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Azərbaycan Ordusunun mövqeləri üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.
Azərbaycan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmən PUA-sı dərhal aşkarlanaraq zərərsizləşdirilib.
Son xəbərlər
13:59
Peskov: Putinin Uitkoff və Kuşnerlə yaxın vaxtlarda görüşəcəyinə ümid edirik
Digər ölkələr
13:57
"Gəncə" klubunun FIBA Avropa Kubokundakı oyunu təxirə salınıb
Komanda
13:55
"Şərqi Azəri" yatağından indiyədək 645 milyon bareldən çox neft hasil edilib
Energetika
13:51
Murad Ağabəyli: "Şəki qoruqlarını bu il 128 mindən çox turist ziyarət edib"
Turizm
13:47
Foto
Zəngilan Şəhəri Günü ilk dəfə silsilə tədbirlərlə qeyd olunur
Qarabağ
13:37
Azərbaycanda günəş panellərinin quraşdırılmasına 210 min manat güzəştli kredit ayrılıb
Energetika
13:35
FIFA reytinqi: Azərbaycanın qadınlardan ibarət millisinin mövqeyi dəyişməyib
Futbol
13:31
Avropa İttifaqı Baltik dənizindən Qara dənizə qədər müşahidə və müdafiəni gücləndirir
Digər ölkələr
13:23
Türkiyədə sel fəlakətində ölənlərin sayı 10-a çatıb
Region