Azərbaycan Müdafiə Nazirliyi erməni hərbi əsirin Yerevana geri qayıtması barədə yayılan məlumatlara münasibət bildirib
Qarabağ
- 03 oktyabr, 2014
- 04:42
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
- Bakı. 3 oktyabr. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyi (MN) 2013-cü ilin avqust ayında qoşunların təmas xəttində hərbçilər tərəfindən saxlanılan və cari ilin avqust ayında üçüncü ölkəyə təhvil verilən erməni hərbi əsir Akop İnciqulyanın Yerevana geri qayıtması barədə Ermənistan KİV-lərinin məlumatları ilə bağlı açıqlama yayıb.
- “Report” xəbər verir ki, MN erməni KİV-lərin yaydığı məlumatların birtərəfli qaydada, faktları təhrif etməklə və erməni ictimaiyyətini çaşdıran, təəccüb və təəssüf doğuracaq olduğunu bildirib.
- Müdafiə Nazirliyi bildirir ki, A.İnciqulyan şüurlu surətdə döyüş postunu könüllü tərk edərək silahı ilə birlikdə Azərbaycan hərbçilərinə təslim olduqdan sonra ona qarşı heç bir təzyiq və təsir göstərilmədiyini, Ermənistana geri qayıtmayacağını və üçüncü ölkədə yaşamaq istədiyini dəfələrlə bəyan edib: “İkincisi, A.İnciqulyan Cenevrə Konvensiyasının tələbləri ona tətbiq edilmək şərtilə müəyyən olunmuş qaydada və müvafiq yerdə saxlanılıb, ona qarşı nə beynəlxalq, nə də insani qanunlara zidd olan hərəkətlər tətbiq edilməyib.
- Üçüncüsü, o müvafiq beynəlxalq təşkilatların qayğısı ilə əhatə edilib, onunla bağlı həyata keçirilən bütün tədbirlər həmin təşkilatların nəzarəti altında icra olunub.
- Dördüncüsü, A.İnciqulyan və onunla bir yerdə saxlanılan digər 5 nəfər Ermənistan vətəndaşından ibarət ailənin Ermənistana geri qaytarılması barədə rəsmi Bakının dəfələrlə və təkidlə beynəlxalq təşkilatlar, o cümlədən, erməni tərəfi qarşısında məsələ qaldırmasına baxmayaraq, hər dəfə rəsmi Yerevanın hərbi-siyasi rejimi öz vətəndaşlarına qarşı etinasızlıq nümayiş etdirərək onların taleyinə biganə münasibət sərgiləyib. Bu səbəbdən də hazırda Azərbaycanda saxlanılan ermənilər Ermənistandan imtina edərək üçüncü ölkədə sığınacaq tapmaq niyyətindədirlər.
- Beşincisi, erməni mətbuatının yaydığı şəkillərdə gümrah və sağlam A.İnciqulyanla guya "ona qarşı Azərbaycanda təzyiqlərin və işgəncələrin verilməsi" fikri arasında uyğunsuzluğu açıq aydın görünür və bu ermənilərin növbəti uydurması kimi qiymətləndirilməlidir.
- Altıncısı, beynəlxalq təşkilatın himayəsi altında olan və bu kimi şəxslər barədə konfidensial hesab edilən məlumatların, konkret olaraq hansı ölkəyə verilməsi kimi informasiyanın gizli saxlanılması tələb olunsa da, bu barədə məlumatın Ermənistan tərəfinə ötürülməsi də xeyli şübhə doğuran məqamlardandır.
- Sonuncusu və ən əsası. Şübhə yox ki, A.İnciqulyanın yerini müəyyənləşdirən, bu məqsədlə kriminal qruplaşmalarla sıx əlaqədə olan erməni diasporunun xidmətlərindən istifadə edən Ermənistan tərəfi, onun ailə üzvlərinə və yaxınlarına təzyiq göstərməklə Yerevana guya könüllü olaraq geri qayıtdığını deməyə məcbur ediblər”.
- Müdafiə Nazirliyi bir daha bildirir ki, A.İnciqulyanın Yerevan aeroportunda əvvəlcədən hazırlanmış formada təmtəraqlı qarşılanması, Azərbaycana qarşı nifrət, Ermənistana isə məhəbbət dolu müsahibəsi, bu prosedurların erməni kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılması, onun yenidən orduya qayıdaraq xidmətinin qalan hissəsinin də çəkilməsi kimi gülünc təşəbbüslə çıxış etməsi eyni mərkəzdən, özü də Ermənistanın xüsusi xidmət orqanları tərəfindən ssenariləşdirilən və həyata keçirilən növbəti şoudur.
Son xəbərlər
11:47
RF-nin ən böyük NEZ-lərinin birində PUA hücumundan sonra yanğın başlayıb
Digər ölkələr
11:39
Amerikalı üzgüçü Keyt Duqlas dünya rekordunu yeniləyib
Fərdi
11:38
Yaponiya məlumat mərkəzlərinin yoxlanılması və qeydiyyatını planlaşdırır
Digər ölkələr
11:28
Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb
İnfrastruktur
11:08
Qətərin tankeri Fars körfəzində hücuma məruz qalıb
Digər ölkələr
10:45
İran XİN Britaniyanın MI6 və Hərbi Dəniz Qüvvələrini terrorçu kimi tanıyıb
Region
10:42
Crossmedia.az informasiya portalının fəaliyyətə başlamasından 2 il ötür
Media
10:28
Dünya çempionatı: Azərbaycanın 4 güləşçisi yarışın son günündə xalça üzərinə çıxacaq
Fərdi
10:16
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Xarici siyasət