Avropa Komissiyasının sədri Qarabağ münaqişəsinin tərəflərini atəşkəs rejimini qorumağa çağırıb

Qarabağ
  • 19 aprel, 2016
  • 07:59
Avropa Komissiyasının sədri Qarabağ münaqişəsinin tərəflərini atəşkəs rejimini qorumağa çağırıb

Bakı. 19 aprel. REPORT.AZ/ Avropa Komissiyasının sədri Jan-Klod Yunker Dağlıq Qarabağ münaqişəsinin tərəflərini atəşkəs rejimini qorumağa çağırıb.

"Report" xəbər verir ki, o, bu barədə Strasburqda AŞPA-nın sessiyası çərçivəsində sualları cavablandıran zaman bildirib.

"Atəşi dayandırmaq lazımdır. Atəşkəsə hörmət etmək lazımdır", - deyə J.-K.Yunker fikrini çatdırıb.