Avropa İnsan Haqları Məhkəməsi azərbaycanlı məcburi köçkünlərin şikayəti ilə bağlı qərarını açıqlayıb
- 16 iyun, 2015
- 15:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 16 iyun. REPORT.AZ/ Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Böyük Palatası azərbaycanlı məcburi köçkünlərin şikayəti üzrə qərarını aciqlayib.
"Report" AİHM-in mətbuat xidmətinə istinadən xəbər verir ki, məhkəmənin qərarına əsasən, öz əmlaklarına sahib çıxmaq hüququndan məhrum olunan məcburi köçkünlərin hüquqları pozulub.
Qeyd edək ki, "Çıraqov və başqaları Ermənistana qarşı" işi 2005-ci ilin aprelində baxılmaq üçün məhkəməyə təqdim olunub. Bu iş 1992-ci ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın Laçın rayonunda doğma ocaqlarını tərk etmək məcburiyyətində qalan və evlərinə qayıda bilməyən məcburi köçkünlərin 2005-ci ilin aprelində qaldırdıqları iddia əsasında icraata qəbul olunub.