ATƏT sədrinin nümayəndəsi təmas xəttindəki vəziyyətdən narahatdır
Qarabağ
- 03 sentyabr, 2015
- 08:09
Bakı. 3 sentyabr. REPORT.AZ/ Ermənistan müdafiə nazirinin müavini David Tonoyan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, görüş sentyabrın 2-də axşam saatlarında Yerevanda keçirilib.
Xəbərə görə, tərəflər son günlər Ermənistanla Azərbaycanın dövlət sərhədində baş verənləri və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisindəki təmas xəttindəki vəziyyəti müzakirə ediblər.
Anji Kaspşik sərhəddə və təmas xəttində baş verənlərdən narahat olduğunu bildirib.
David Tonoyan sentyabrın 3-6-da Ermənistanın keçirəcəyi "Şant-2015" hərbi təlimi ilə bağlı ATƏT nümayəndəsinə məlumat verib.
Son xəbərlər
21:07
Prezident: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir
Daxili siyasət21:05
İlham Əliyev Özbəkistan üçün bərə tikintisini sürətləndirməyə çağırıb
Xarici siyasət20:57
Foto
Video
İlham Əliyev Özbəkistanda "Yeni Daşkənd" layihəsi ilə tanış olub - YENİLƏNİB
Xarici siyasət20:55
Əmir Sultanov: "Əbədi dostluq haqqında Müqavilə" Bakı və Daşkəndin əməkdaşlığı genişləndirmək niyyətini təsdiqləyir
Xarici siyasət20:43
Zelenski Ukraynanın "Şimal axını" boru kəmərinin partladılmasında iştirakını təkzib edib
Digər ölkələr20:37
Foto
Video
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanma və mübadiləsi mərasimi olub - YENİLƏNİB
Xarici siyasət20:29
Foto
Video
Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - YENİLƏNİB
Xarici siyasət20:28
Premyer Liqa: "Turan Tovuz" - "Şamaxı" oyununda qalib müəyyənləşməyib
Futbol20:18
Foto