​ATƏT nümayəndəsinin təmas xəttindəki gərginlikdən məlumatı var

Qarabağ
  • 02 aprel, 2016
  • 07:03
​ATƏT nümayəndəsinin təmas xəttindəki gərginlikdən məlumatı var

Bakı. 2 aprel. REPORT.AZ/ ATƏT sədrinin nümayəndəsi Dağlıq Qarabağ bölgəsində təmas xəttindəki gərginlikdən məlumatı olduğunu bildirib.

"Report" xəbər verir ki, bunu Ermənistan KİV-inə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspişik deyib.

Məlumata görə, Anji Kaspişik və onun köməkçisi Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki gərginlik baş verən əraziyə hələlik səfər etməyib.