​ATƏT-in Minsk qrupunun həmsədrləri Edvard Nalbandyanla qoşunların təmas xəttindəki vəziyyəti müzakirə ediblər

Qarabağ
  • 25 sentyabr, 2015
  • 05:40
​ATƏT-in Minsk qrupunun həmsədrləri Edvard Nalbandyanla qoşunların təmas xəttindəki vəziyyəti müzakirə ediblər

Bakı. 25 sentyabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüb.

"Report"un verdiyi məlumata görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik şəxsi "twitter" səhifəsində yazıb.

Görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində baş tutub.

C.Uorlikin sözlərinə görə, E.Nalbandyanla görüşdə qoşunların təmas xəttində bu yaxınlarda müşahidə edilən zorakılıq, xüsusilə də mülki vətəndaşlara qarşı eskalasiyaya dair ciddi danışıqlar aparıblar. 

44 filmi