​ATƏT-in fəaliyyətdə olan sədri təmas xəttindəki vəziyyətdən "narahat" olduğunu bəyan edib

Qarabağ
  • 28 sentyabr, 2015
  • 08:27
​ATƏT-in fəaliyyətdə olan sədri təmas xəttindəki vəziyyətdən narahat olduğunu bəyan edib

Bakı. 28 sentyabr. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya baş nazirinin birinci müavini, ölkənin xarici işlər naziri İvitsa Daçıç Nyu-Yorkda Ermənistanın xairici işlər naziri Edvard Nalbandyanla görüşüb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, onlar Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki vəziyyəti müzakirə ediblər.

ATƏT-in fəaliyyətdə olan həmsədri təmas xəttindəki gərginliyin artmasından "narahat" olduğunu bildirib.