Angela Merkel: "Almaniya Dağlıq Qarabağ münaqişəsinə göz yuma bilməz"
- 30 noyabr, 2018
- 09:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 30 noyabr. REPORT.AZ/ "Almaniya post-sovet məkandakı münaqişələrə göz yuma bilməz".
“Report” xəbər verir ki, bunu Berlində keçirilən sayca üçüncü Almaniya – Ukrayna İqtisadi Forumunda çıxış edən Almaniya kansleri Angela Merkel deyib.
“Rusiya ilə qonşu ölkələrdəki vəziyyətə diqqət yetirsəniz, Gürcüstanda Cənubi Osetiya və Abxaziya, Moldovada Trans-Nistru probleminin, həmçinin Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin, Ukraynanın şərqindəki münaqişənin olduğunu görərsiniz”, kansler deyib.
Onun sözlərinə görə, bu münaqişələr həmin ölkələrin istədikləri kimi inkişaf etməsinə əngəl törədir: "Buna göz yuma bilmərik”.
"У этого конфликта нет военного решения". Меркель очень подробно высказалась о ситуации в Керченском проливе и санкциях против Кремля pic.twitter.com/6oiXMX597l
— DW на русском (@dw_russian) November 29, 2018