Amerikalı həmsədr Ermənistan XİN başçısı ilə görüşüb

Qarabağ
  • 10 iyun, 2015
  • 13:15
Amerikalı həmsədr Ermənistan XİN başçısı ilə görüşüb

Bakı. 10 iyun. REPORT.AZ/ Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişənin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorliklə Yerevanda görüşüb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.

Xəbərə görə, tərəflər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə dair məsələləri müzakirə ediblər.

Qeyd edək ki, yaxın günlərdə Ceyms Uorlikin Azərbaycana səfəri gözlənilir.