Almaniyanın Ermənistandakı səfiri: "Berlin ATƏT-in Minsk qrupunun üzvü olmağı arzulamır"
- 12 iyun, 2015
- 07:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 12 iyun. REPORT.AZ/ "Almaniya ATƏT-in Minsk qrupunda Avropa İttifaqı çərçivəsində fəaliyyət göstərir. Ancaq Almaniya ATƏT-in Minsk qrupunun həmsədri olmağı arzulamır".
"Report" "1in.am" saytına istinadən xəbər verir ki, bunu Almaniyanın Ermənistandakı səfiri Rayner Morrel jurnalistlərə açıqlamasında deyib.
Xatırladaq ki, Almaniyanın kansleri Angela Merkel ATƏT-in Minsk qrupunda fəallıqlarını artırmaq istədiklərini bildirmişdi.
Rəsmi Bakı Azərbaycanın Dağlıq Qarabağ ərazisinin Ermənistan işğalından azad edilməsi üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin sayının və qurumun fəallığının artırılmasının vacibliyini dəfələrlə bəyan edib.
ATƏT-in Minsk qrupunda ABŞ, Almaniya, Azərbaycan, Belarus, Ermənistan, İsveç, İtaliya, Niderland Krallığı, Portuqaliya, Rusiya, Türkiyə, Finlandiya, Fransa təmsil olunur.