Bakı Beynəlxalq Avtovağzalın qarşısında yenidən sürüşmə baş verib - VİDEO

Multimedia
  • 22 oktyabr, 2015
  • 08:32
Bakı Beynəlxalq Avtovağzalın qarşısında yenidən sürüşmə baş verib - VİDEO

Bakı. 22 oktyabr. REPORT.AZ/ Bakının şimal girişində Beynəlxalq Avtovağzalın qarşısında yenidən sürüşmə baş verib. 

"Report"un məlumatına görə, sürüşmə nəticəsində Bakı-Sumqayıt magistral yolunun Bakıya giriş hissəsində, asfalt örtüyündə çatlar əmələ gəlib. Baş verən sürüşmənin qarşısını almaq üçün ərazidə ağır texnika ilə bərkitmə işləri aparılır. Magistral yola bitişik yol 1 metrə qədər çöküb. Hazırda sürüşmənin Avtovağzal kompleksinə ziyan vurmaması üçün kompleksin divarları dəmir konstruksiyalarla bərkidilir.

Bakı Beynəlxalq Avtovağzalın qarşısında yenidən sürüşmə baş verib - VİDEO