Zahid Oruc: Azərbaycan yarımçıq suverenlikdən tam siyasi kimliyə keçir

Milli Məclis
  • 19 sentyabr, 2025
  • 11:55
Zahid Oruc: Azərbaycan yarımçıq suverenlikdən tam siyasi kimliyə keçir
Zahid Oruc

Azərbaycan yarımçıq suverenlikdən tam siyasi kimliyə keçir.

"Report" xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc sentyabrın 19-da parlamentdə "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən Dövlət Suverenliyi Günü ilə bağlı konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Zəfərdən sonra Konstitusiyada yazılan "Azərbaycan vahid və bölünməz dövlətdir" fikri kağızdan çox, torpaqda təsdiqlənib:

"Azərbaycan Konstitusiyası əvvəl müdafiə sənədi idi, indi quruculuq proqramıdır. Konstitusiya bizim şəxsiyyət vəsiqəmizdir, xalq olaraq kim olduğumuzu orada yazmışıq. Müstəqil dövlət qurmaq və suverenlik 1991-ci ildə SSRİ-nin dağılmasından sonra işğala qarşı mübarizə, indi isə qanla qazandığımız haqdır".

Z.Oruc bildirib ki, Azərbaycanın yeni milli ideologiyası bu gün üç sütun üzərində qurula bilər:

"Birincisi, suveren düşüncədir. Bu təkcə sərhədlərinə deyil, uğur hekayələrinə, siyasi gündəliyinə özü nəzarət edən, yalnız torpaqlar üzərində yox, düşüncə, ideya və informasiya məkanında da qazanılan müstəqillikdir. İkincisi, hər bir vətəndaş Konstitusiyada öz hüququnu görməlidir. Üçüncü sütunda isə gələcək nəsillər üçün modern, güclü, hüquqa əsaslanan, texnologiyaya və ədalətə söykənən bir dövlət qurmaq dayanır. Bölgədə sülhün inşası suverenliyin təminatçısı olacaq".

Son xəbərlər

Bütün Xəbər Lenti