Sabah Milli Məclisdə Qərbi Azərbaycan toponimləri ilə bağlı dinləmə keçiriləcək

Milli Məclis
  • 30 oktyabr, 2023
  • 12:45
Sabah Milli Məclisdə Qərbi Azərbaycan toponimləri ilə bağlı dinləmə keçiriləcək
Milli Məclis

Sabah-oktyabrın 31-də Milli Məclisdə Qərbi Azərbaycan toponimləri ilə bağlı ictimai dinləmə keçiriləcək.

"Report"un xəbərinə görə, "Qərbi Azərbaycan Toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək" mövzusunda keçiriləcək dinləmə parlamentin Regional məsələlər komitəsinin təşkilatçılığı ilə baş tutacaq.

Toplantıda Milli Məclisin Toponomiya komissiyasının üzvlərinin, Qərbi Azərbaycan İcmasının nümayəndələrinin iştirakı nəzərdə tutulur.