​Parlament seçkiləri ilə bağlı MSK-ya 44 seçki dairəsindən şikayət daxil olub

Milli Məclis
  • 18 noyabr, 2015
  • 13:46
​Parlament seçkiləri ilə bağlı MSK-ya 44 seçki dairəsindən şikayət daxil olub

Bakı. 18 noyabr. REPORT.AZ/ Parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) neçə seçki dairəsindən şikayət daxil olduğu açıqlanıb.

“Report”un məlumatına görə, MSK sədri Məzahir Pənahov deyib ki, 44 dairədən şikayət daxil olub. O bildirib ki, qalan dairələrdən isə heç bir şikayət daxil olmayıb: “Belə olan halda necə demək olar ki, Azərbaycanda seçki şəffaf keçirilməyib? Hesab edirəm ki, seçkilər tam normal şəraitdə keçirilib”.

MSK ümumilikdə 58 məntəqənin nəticələrini ləğv edib.

44 - Tezliklə