Müəllimlərin işə qəbulu müsabiqəsində iştirakın ödənişli olması ilk oxunuşda qəbul edilib
Milli Məclis
- 24 oktyabr, 2025
- 15:55
Milli Məclis müəllimlərin işə qəbulu ilə əlaqədar keçirilən müsabiqədə iştirakın ödənişli olması haqda təklifi ilk oxunuşda qəbul edib.
"Report" xəbər verir ki, bununla bağlı "Ümumi təhsil haqqında" qanuna dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Təqdim olunan dəyişikliklərə əsasən, ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış şəxslərə münasibətdə nəzərdə tutulmayıb.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Son xəbərlər
17:34
Mahmud Abbas seçkilərədək Fələstinə rəhbərlik edəcək şəxsi müəyyənləşdirib
Digər ölkələr17:32
İran Suriya ilə münasibətləri bərpa etmək istəyir
Region17:23
Avropa Atletika Assosiasiyası ilin ən yaxşılarının adlarını açıqlayıb
Fərdi17:23
Rusiya öz mallarının Azərbaycan vasitəsilə Ermənistana tranzitini təşkil edir
Region17:19
Britaniyanın Baş naziri Türkiyəyə gedir
Region17:13
ABŞ-də atışma zamanı bir nəfər ölüb, xəsarət alanlar var
Digər ölkələr17:10
Bedri Meriç: "Şəkidə asanlıqla məğlub olmuruq"
Komanda17:06
Foto
Rusiyanın Donetskə zərbələri nəticəsində dörd mülki şəxs ölüb
Digər ölkələr17:01