MM-də Qanunvericilik dili və hüquq terminologiyası şöbəsinin yaradılması təklif olunur

Milli Məclis
  • 01 noyabr, 2024
  • 09:06
MM-də Qanunvericilik dili və hüquq terminologiyası şöbəsinin yaradılması təklif olunur

Milli Məclisdə Qanunvericilik dili və hüquq terminologiyası şöbəsinin yaradılması təklif olunur.

“Report” xəbər verir ki, bu təkliflə MM-in sədr müavini Rafael Hüseynov parlamentin bu gün keçirilən plenar iclasında “Uşaq hüquqları haqqında” qanunda dəyişiklik layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, şöbədə hüquqşünaslar və dilçilər birləşə bilərlər: “Çünki qanun layihələrinin dili çətindir və bunu insanlara daha anlaşılan formada təqdim etmək vacibdir”.

Milli Məclisin sədri Sahibə Qafarova da deputatın fikirləri ilə razılaşdığını söyləyib: “Qanun layihələri bizə gəlmədən öncə linqvistik ekspertizadan keçirilir. Amma haqlı olaraq deputatlar da bu məsələdə bəzi məqamlara toxunurlar. Hüquqşünasların dili çətindir. Qanun layihəsini sadə dillə izah etmək lazımdır. Bununla razıyam”.