Milli Məclisdə Xocalı soyqırımında həlak olanların xatirəsi yad edilib

Milli Məclis
  • 24 fevral, 2023
  • 07:06
Milli Məclisdə Xocalı soyqırımında həlak olanların xatirəsi yad edilib

Milli Məclisdə Xocalı soyqırımında həlak olanların xatirəsi yad edilib.

"Report" xəbər verir ki, parlamentin yaz sessiyasının növbəti plenar iclası soyqırımı qurbanlarının xatirəsini yad etməklə başlayıb.

Milli Məclisin sədri Sahibə Qafarova Birinci Qarabağ müharibəsinin gedişində erməni şovinistlərinin xalqımıza qarşı bir sıra soyqırımı cinayətləri törətdiyini xatırladıb.

O bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törədilmiş soyqırımı aktı isə XX əsrdə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olub: "613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, 487 nəfər şikəst edilib, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qalıb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir".

Hazırda Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclas davam edir.

44 - Tezliklə