Hesablama Palatasının hesabatı Milli Məclisin plenar iclasına tövsiyə edilib

Milli Məclis
  • 20 aprel, 2022
  • 09:35
Hesablama Palatasının hesabatı Milli Məclisin plenar iclasına tövsiyə edilib

“Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” hesabatı Milli Məclisin plenar iclasına tövsiyə edilib.

“Report”un xəbərinə görə, müzakirələrdən sonra deputatlar hesabatın parlamentin plenar iclasında baxılmasına razılıq veriblər

11:00

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” hesabatı müzakirəyə çıxarılıb.

"Report"un xəbərinə görə, komitə sədri Tahir Mirkişilinin sədriliyi ilə keçirilən toplantıda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, qurumun rəsmiləri və deputatlar iştirak edirlər.

Sənədi Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edir. Sonra komitə iclasında müzakirələrə başlanılacaq.

44 - Tezliklə