Əmanətlərin tam sığortalanması müddətinin artırılması I oxunuşdan keçdi
Milli Məclis
- 11 dekabr, 2020
- 07:26
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
"Report" xəbər verir ki, qanuna təklif edilən dəyişikliklə qanunun qüvvədə olma müddətinin 5 aprel 2021-ci il tarixinə qədər artırılması öz əksini tapıb.
Xatırladaq ki, “Əmanətlərin tam sığortalanması haqqında” qanun 4 mart 2016-cı ildə, 3 il müddətinə qəbul edilib. Məqsəd manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra, banklardan əmanətlərin geri götürülməsinin qarşısını almaq olub. Ötən il martın 4-də Milli Məclis qanunun qüvvədə olma müddətini 1 il, bu il martın 13-də isə daha 9 ay uzadıb.
Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra I oxunuşda qəbul edilib.
Son xəbərlər
10:22
Paşinyan: Türkiyə ilə münasibətlərin normallaşması üçün artıq maneə yoxdur
Region10:21
Yeniyetmə cüdoçular arasında Abşeron-Xızı bölgəsi üzrə region birinciliyi keçiriləcək
Fərdi10:20
Aprel ayında Tramp və Si Cinpin arasında növbəti görüş olacaq
Digər ölkələr10:13
Foto
Zəngilanın Məmmədbəyli kəndində bütün evlərdə günəş panelləri quraşdırılıb
Daxili siyasət10:10
AQTA sədri Zərdabda vətəndaşları qəbul edəcək
Daxili siyasət10:05
Foto
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 gümüş medal qazanıb
Fərdi10:05
Ağciyər Xəstəlikləri Mərkəzinin Şəmkir Regional Xəstəxanasına yeni baş həkim təyin olunub
Sağlamlıq10:01
Azərbaycan Kuboku: "Zaqatala" ilə oyun "Sumqayıt" üçün əlamətdar olub
Futbol10:00