Hesablama Palatasının büdcə layihəsinə rəyi Milli Məclisə daxil olub

Milli Məclis
  • 30 oktyabr, 2023
  • 06:00
Hesablama Palatasının büdcə layihəsinə rəyi Milli Məclisə daxil olub
Hesablama Palatası

Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyi Milli Məclisə daxil olub.

“Report”un xəbərinə görə, sənəd parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Toplantının noyabrın 2-də keçirilməsi planlaşdırılır.