Ərazi vahidlərinə ad verilib dəyişdirilərkən dövlət dilinin normaları nəzərə alınacaq

Milli Məclis
  • 16 sentyabr, 2025
  • 12:09
Ərazi vahidlərinə ad verilib dəyişdirilərkən dövlət dilinin normaları nəzərə alınacaq

Azərbaycanda ərazi vahidlərinə ad verilməsi və onların adlarının dəyişdirilməsi məsələsində dövlət dilinin normaları da nəzərə alınacaq. 

"Report" xəbər verir ki, bununla bağlı "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" qanuna dəyişiklik edilməsi təklif olunub. 

Dəyişiklik layihəsi parlamentin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Belə ki, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi və dövlət dilinin normaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçiriləcək.

Xatırladaq ki, hazırda prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti