Komitə sədri vərəmlə mübarizə haqqında qanuna dəyişiklik olunmasını təklif edib

Milli Məclis
  • 14 mart, 2019
  • 12:51
Komitə sədri vərəmlə mübarizə haqqında qanuna dəyişiklik olunmasını təklif edib

“Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” qanun 2001-ci ildə qəbul olunub. Bu müddət ərzində xeyli inkişaf var və böyük işlər görülüb, yeniliklər əldə olunub. Ona görə bu qanun layihəsinə dəyişikliklər labüddür”.

“Report” xəbər verir ki, bunu Milli Məclisdə Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr edilən dinləmədə Səhiyə Komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O, Səhiyyə Nazirliyindən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən, qeyri-hökumət təşkilatlarından təkliflər gözlədiklərini bildirib.