DSK sədri: "Lənkəranda sel sularından zərər çəkən kəndlərin əhalisinin səs verməsi üçün lazımi şərait yaradılıb"

Milli Məclis
  • 01 noyabr, 2015
  • 06:12
DSK sədri: Lənkəranda sel sularından zərər çəkən kəndlərin əhalisinin səs verməsi üçün lazımi şərait yaradılıb

Bakı. 1 noyabr. REPORT.AZ/ "Lənkəran rayonunda sel sularından zərər çəkən kəndlərin əhalisinin Milli Məclisə seçkilərdə səs verməsi üçün lazımi şərait yaradılıb". Bunu "Report"a açıqlamasında 74 saylı Lənkəran kənd Seçki Dairəsinin sədri Əlövsət Rufiyev deyib.

O bildirib ki, yağıntıları nəzərə alaraq seçki məntəqələrinin ətrafında qabaqcadan tədbirlər görülüb: "Yağıntı sularının ərazidən uzaqlaşdırılması üçün texnikalardan istifadə olunub. Xüsusi generatorlar vasitəsi ilə çökək ərazilərdən su nasoslarla götürülüb. Hazırda səsvermənin gedişi normal davam edir. Məntəqələrdə hər hansı problem yoxdur".