Deputat: "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin işi ilə bağlı araşdırma aparılmalıdır"

Milli Məclis
  • 15 oktyabr, 2021
  • 08:24
Deputat: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin işi ilə bağlı araşdırma aparılmalıdır

“İki ay bundan əvvəl mənə bir nəfər müraciət etmişdi. Mən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri ilə əlaqə saxladım. O, mənə söz verdi ki, lazımi köməyi edəcək. Ancaq bir səs çıxmadığından məcbur olub deputat sorğusu göndərdim. Daha sonra mənə iki aydan sonra qurumdan bir nəfər zəng etdi ki, dediyiniz məsələ ilə əlaqədar kömək göstərmək istəyirik”.

“Report”un xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı Rüfət Quliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, həmin şəxs təəssüflər olsun iki gün bundan əvvəl həyatını itirib: “Bu qurumun işi ilə əlaqədar araşdırmalar aparılmalıdır”.

44 filmi