Deputat: "Dövlət büdcəsindən təhsil müəssisələrinə ayrılan vəsait artırılmalıdır"

Milli Məclis
  • 03 noyabr, 2023
  • 12:08
Deputat: Dövlət büdcəsindən təhsil müəssisələrinə ayrılan vəsait artırılmalıdır

Dövlət büdcəsindən təhsil müəssisələrinə ayrılan vəsait artırılmalıdır.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

Onun sözlərinə görə, sertifikasiya imtahanlarında uğur qazanan məktəblərdə çalışan müəllimlərin əməkhaqqı təxminən 1000 manat ətrafındadır: “Lakin universitetlərdə çalışan müəllimlərin əməkhaqqısı 600-700 manat, bəzilərində isə daha aşağıdır. Təbii ki, belə olanda balans pozulur. Elmi müəssisələrdə çalışanların da əməkhaqqısının artırılmasına da baxılmalıdır. Həmçinin universitetlərin maddi-texniki bazası da gücləndirilməlidir. Universitetlərə əməkhaqqı artımı məsələsini deyəndə bildirirlər ki, təhsilhaqqı əsasında bu işlər həll olunur. Ona görə də bu yanaşmaya yenidən baxılmalı və sistem dəyişilməlidir”.

44 - Tezliklə