Deputat: Azərbaycan Konstitusiyası dövrün tələblərinə cavab verir
- 19 sentyabr, 2025
- 11:06

Azərbaycan Konstitusiyası dövrün tələblərinə cavab verir.
"Report" xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev sentyabrın 19-da parlamentdə "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən Dövlət Suverenliyi Günü ilə bağlı konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan Konstitusiyasında hüquqi çərçivədən başqa həm də dövlətin siyasi fəlsəfəsi ifadə olunur:
"Sənədin qəbul edilməsindən 30 il keçib, bu illər ərzində dünya düzəni dəyişib, müxtəlif texnoloji və hüquqi çağırışlar meydana çıxıb. Buna baxmayaraq, Azərbaycan Konstitusiyası öz əsas məğzi etibarilə dövrün tələblərinə cavab verə bilir. Təbii ki, müasir çağırışlara uyğun olaraq bəzi əlavə hüquqi aktların və normativ sənədlərin qəbulunun mümkünlüyü də nəzərə alınır və bu istiqamətdə işlər aparılır".