Sədr müavini: "Milli standartların çoxu beynəlxalq və regional standartlar əsasında formalaşdırılıb"

Biznes
  • 16 oktyabr, 2026
  • 12:21
Sədr müavini: Milli standartların çoxu beynəlxalq və regional standartlar əsasında formalaşdırılıb

Azərbaycanda milli standartların böyük hissəsi beynəlxalq və regional standartlar əsasında formalaşdırılıb.

"Report" xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini İlqar Həsənov Ümumdünya Standartlaşdırma Gününə həsr olunmuş media təlimində bildirib.

O, vurğulayıb ki, son vaxtlar qəbul olunmuş və Dövlət Fonduna daxil edilmiş milli standartların əksəriyyəti Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) normalarına əsaslanır: "Bununla yanaşı, normativ bazada Avropa İttifaqının (Aİ) və MDB məkanında tətbiq edilən regional standartlar da yer alır. Aİ və ISO standartları ilə bizim milli standartlarımız demək olar ki, eynilik təşkil edir. Bu səbəbdən də milli standartlarımızın xaricdə tətbiq olunması təcrübəsinə rast gəlinmir, çünki buna ehtiyac qalmır".

Sədr müavini əlavə edib ki, GOST keçmiş sovet sistemi ilə məhdudlaşmır və MDB məkanında sadəcə abreviatura olaraq qalır.

44 filmi