Deputat: Avropanın siyasi alver, saxta qətnamələr mərkəzinin ölkəmizə nəsə diktə etməyə haqqı yoxdur

Milli Məclis
  • 19 dekabr, 2025
  • 11:38
Deputat: Avropanın siyasi alver, saxta qətnamələr mərkəzinin ölkəmizə nəsə diktə etməyə haqqı yoxdur

Avropanın siyasi alver, süni fəaliyyət və saxta qətnamələr mərkəzinin Azərbaycana yol göstərməyə, nəyisə diktə etməyə haqqı belə yoxdur.

"Report" xəbər verir ki, bunu deputat Kamran Bayramov Milli Məclisdə deyib.

"Artıq siyasi birja adını qazanmış Avropa Parlamenti korrupsiya bataqlığında boğulduğu halda, hələ də digər ölkələrə barmaq silkələməyə cürət edir. Öz daxilindəki lobbiçilik fəaliyyətini idarə edə bilməyən, maliyyə şəffaflığını təmin etmək istəməyən bir qurumun başqalarını ittiham etməsi ən böyük riyakarlıqdır", - deputat deyib.

Kamran Bayramovun sözlərinə görə, Avropa Parlamenti illərdir ki, Azərbaycanı hədəf seçərək, "demokratiya", "insan hüquqları" və "qanun aliliyi" pərdəsi altında ölkəmizə təzyiq etməyə çalışır:

"Lakin biz yaxşı bilirik ki, bu qətnamənin arxasında duran əsl səbəb anti-Azərbaycan qüvvələrinin ölkəmizin müstəqil siyasətinə, regionda artan nüfuzuna və təşviq etdiyi sülh gündəliyinə qarşı apardığı çirkin kampaniyadır".

Son xəbərlər

Bütün Xəbər Lenti