Azərbaycanlı deputatlar AŞPA-nın komitə iclaslarında iştirak edəcəklər

Milli Məclis
  • 29 noyabr, 2019
  • 11:02
Azərbaycanlı deputatlar AŞPA-nın komitə iclaslarında iştirak edəcəklər

Milli Məclisin deputatı Sahibə Qafarova dekabrın 1-dən 5-dək, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva isə dekabrın 2-dən 4-dək AŞPA komitələrinin iclaslarında iştirak etmək üçün Fransanın paytaxtı Parisdə səfərdə olacaqlar.

Milli Məclisin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, Sahibə Qafarova qurumun Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin, həmçinin Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclaslarına qatılacaq.

Sevinc Fətəliyeva Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsində “Autizm sindromlu insanlara və onların ailələrinə dəstəyin göstərilməsi” mövzusunda məruzə edəcək.

AŞPA-nın komitə iclaslarında Avropadakı qaçqın və miqrant uşaqlar, orqan nəqli turizmi, süni intellekt və əmək bazarları, səhiyyə sahəsində süni intellektin tətbiqi ilə əlaqədar qarşıda duran tibbi, hüquqi və etik problemlər və digər aktual məsələlər müzakirə olunacaq. Azərbaycanlı deputatlar müzakirələrdə yaxından iştirak edəcəklər.

44 - Tezliklə