Azərbaycandakı seçkiləri izləyəcək AŞPA-nın müşahidəçilərinin sayı açıqlanıb

Milli Məclis
  • 24 oktyabr, 2015
  • 09:10
Azərbaycandakı seçkiləri izləyəcək AŞPA-nın müşahidəçilərinin sayı açıqlanıb

Bakı. 24 oktyabr. REPORT.AZ/ Oktyabr ayının 30-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidəçilərindən ibarət nümayəndə heyəti Azərbaycana gələcək. 

"Report" AŞPA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, nümayəndə heyəti noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək. 

İspaniyalı deputat Xordi Xuklanın rəhbərlik edəcəyi nümayəndə heyətinin tərkibinə 30 müşahidəçi daxildir.

Nümayəndə heyətinin səfəri noyabr ayının 2-də başa çatacaq. 

44 - Tezliklə