Azərbaycan və Slovakiya parlamentləri arasında əlaqələrin inkişafı müzakirə olunub

Milli Məclis
  • 24 noyabr, 2025
  • 15:04
Azərbaycan və Slovakiya parlamentləri arasında əlaqələrin inkişafı müzakirə olunub

Azərbaycan və Slovakiyanın qanunvericilik orqanları arasında əlaqələrin inkişafı və daha da genişləndirilməsi müzakirə olunub.

"Report" xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova ilə Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımovun görüşündə qeyd edilib.

Bildirilib ki, görüşdə iki ölkə arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunaraq xüsusilə Slovakiyanın Baş naziri Robert Fitsonun Azərbaycana səfəri çərçivəsində imzalanmış "Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə"nin əlaqələri keyfiyyətcə yeni mərhələyə qaldırdığı vurğulanıb.

Söhbət zamanı həmçinin iki ölkə arasında qarşılıqlı səfərlərin intensivliyi müsbət qiymətləndirilərək bu təmasların münasibətlərə töhfə verdiyi qeyd olunub.

Görüşdə qanunvericilik orqanları arasında da əlaqələrin inkişafı qeyd olunaraq münasibətlərin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.

Söhbət zamanı həmçinin parlamentlər arasında bütün istiqamətlərdə, o cümlədən parlament komitələri arasında əməkdaşlığın yaradılması imkanları nəzərdən keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti