Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 760 milyon dollara yaxınlaşıb
- 30 oktyabr, 2026
- 15:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında ticarət dövriyyəsinin dəyəri 759 milyon 552,9 min ABŞ dolları olub.
"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 250 milyon 401,4 min ABŞ dolları (24,7 %) azdır.
Son 1 ildə Azərbaycanın Amerika Birləşmiş Ştatlarına ixracının dəyəri 65,9 % artaraq 80 milyon 304,43 min ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 29,3 % azalaraq 679 milyon 247,66 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə ABŞ ilə ticarət ümumi dövriyyənin 2 %-i qədər olub. O cümlədən, bu ölkəyə ixrac ümumi ixracın 0,3 % -ni, ABŞ-dən idxal isə ümumi idxalın 5 %-ni təşkil edib.
9 ayda Azərbaycan xarici ölkələrlə 37 milyard 211 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu ötən ilin eyni dövrünə nisbətən 5,2 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 23 milyard 865 milyon ABŞ dolları ixracın, 13 milyard 346 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 28,3 % artıb, idxal isə 20,4 % azalıb. Son nəticədə xarici ticarətdə 10 milyard 519 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,7 dəfə çoxdur.