Azərbaycan-Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyəti bərpa olunub

Milli Məclis
  • 27 yanvar, 2026
  • 15:05
Azərbaycan-Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyəti bərpa olunub

Azərbaycan-Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyəti bərpa olunub.

Bu barədə "Report"a Milli Məclisin deputatı, həmin işçi qrupunun rəhbəri Fariz İsmayılzadə məlumat verib.

O qeyd edib ki, bu gün Londonda işçi qrupunun iclası keçirilib:

"Uzun fasilədən sonra yenidən işçi qrupunun fəaliyyəti bərpa olunub. Həm Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin, həm də Milli Məclisin təbliğatı nəticəsində işçi qrupunun əlaqələri yenidən aktivləşdi. Bu gün isə deputatlarla, o cümlədən Londondakı beyin və tədqiqat mərkəzləri olan "Royal United Services Institute" (RUSI) və "The International Institute for Strategic Studies" (IISS) ilə görüşlər keçirilib".

44 filmi