Xarici jurnalistlər Astanada "Bayterek" monumentini ziyarət ediblər
- 06 oktyabr, 2026
- 15:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Xarici jurnalistlər press-tur çərçivəsində Astanada "Bayterek" monumentini ziyarət ediblər.
"Report"un Astanaya ezam olunmuş əməkdaşı xəbər verir ki, mediatur iştirakçılarına monumentin tarixi, onun simvolik əhəmiyyəti, həmçinin Qazaxıstan paytaxtının inkişafı barədə məlumat verilib.
"Bayterek" üç dünyanı - yeraltı, yer üstü və səmavi dünyaları birləşdirən həyat ağacını simvolizə edir. Monumentin açılışı 2002-ci ildə olub.
Qurğunun hündürlüyü 105 metrdir.
Monumentin zirvəsində diametri 22 metr və çəkisi 300 ton olan, işıqlanmadan asılı olaraq rəngini dəyişən şüşədən hazırlanmış sfera yerləşir.
"Bayterek"in yuxarı səviyyəsindən Astananın panoramik mənzərəsi açılır.
Xarici media nümayəndələrinə həmçinin son onilliklərdə memarlıq simasını əhəmiyyətli dərəcədə dəyişmiş paytaxtın inkişafı barədə məlumat verilib.