Şerzod Asadov: Media cəmiyyətin səsini çatdırmalı və milli maraqları qorumalıdır
- 25 avqust, 2026
- 10:13
Yeniliklərdən dərhal xəbərdar olun!
Media təkcə xəbərləri ötürməməli, cəmiyyətin səsini çatdırmalı, ölkədə baş verən dəyişiklikləri əks etdirməli və ictimai dialoqun formalaşmasına kömək etməlidir.
"Report"un Daşkəndə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Özbəkistan Prezidenti Administrasiyasının Kommunikasiyalar Departamentinin rəhbəri – prezidentin mətbuat katibi Şerzod Asadov "İslam sivilizasiyası: yeni baxış - yeni kəşflər" adlı Beynəlxalq media forumda bildirib.
Onun sözlərinə görə, milli maraqların qorunması dünyadan təcrid olunmaq və ya obyektivlikdən imtina etmək demək deyil. Söhbət faktlara, etibarlı məlumatlara əsaslanmaqdan və bu zaman cəmiyyətin və dövlətin maraqlarını nəzərə almaqdan gedir.
Spiker qeyd edib ki, bu gün ölkənin müstəqilliyi yalnız ərazi, iqtisadiyyat və ya siyasi institutlarla deyil, həm də informasiya gündəmini müstəqil şəkildə formalaşdırmaq və öz informasiya məkanını qorumaq bacarığı ilə müəyyən edilir.