Özbəkistan Azərbaycanla media əməkdaşlığının genişləndirilməsi üçün təşəbbüslər irəli sürüb

Media
  • 30 sentyabr, 2025
  • 11:01
Özbəkistan Azərbaycanla media əməkdaşlığının genişləndirilməsi üçün təşəbbüslər irəli sürüb

Özbəkistan Azərbaycanla media sahəsində əməkdaşlığın genişləndirilməsi üçün bir sıra təşəbbüslər təklif edir.

"Report" xəbər verir ki, bunu Özbəkistan Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsinin sektor müdiri Dilşod Saidcanov Bakıda keçirilən II Azərbaycan-Özbəkistan Media Forumunda deyib.

Bu təşəbbüslərə türk xalqlarının mədəniyyəti, tarixi və görkəmli şəxsiyyətləri haqqında birgə serialların, sənədli filmlərin və multimedia məzmununun yaradılması; media savadlılığının artırılması üçün təhsil proqramlarının mübadiləsi; xüsusilə avtomatlaşdırılmış tərcümə və məzmun istehsalı üçün süni intellekt əsasında birgə platformanın yaradılması aiddir.

"Azərbaycan son illərdə bunun necə edilə biləcəyini göstərdi. Biz bu təcrübəni öyrənməyə və eyni zamanda öz təcrübəmizi bölüşməyə hazırıq – bu, iki xalqın mədəni irsinin zənginliklərini üzə çıxarmaq üçün vacibdir. Yaradılan məzmun Özbəkistanda yayımlanacaq", - D.Saidcanov əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti